İyul 24, 2017 18:21 Asia/Baku

İRAN-İRAQ ARASINDA HƏRBİ MEMORANDUM İMZALANIB

Verilişin müddəti : 00:01:25

Tarix : 2017/07/24

 

-------------------------------------------------------

İran və İraq arasında hərbi-müdafiə əməkdaşlığı üzrə anlaşma sənədi imzalanıb

 

İran İslam Respublikası və İraqın müdafiə nazirləri Tehranda hərbi-müdafiə əməkdaşlığı üzrə mümorandum imzalayıblar.

İranın müdafiə naziri general polkovnik Hüseyn Dehqan və İraqın müdafiə naziri ordu generalı Ürfan Əl-Hiyali bazar günü imzalanan bu anlaşma sənədində iki ölkə arasında hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə təkid ediblər.

Əməkdaşlıqların genişləndirilməsi habelə, terrorizm və ifratçılıq ilə mübarizədə təcrübə mübadiləsinin aparılması, sərhədləriin təhlükəsizliyinin təmin edilməsi, locistik, texniki və hərbi dəstəyin təmin edilməsi bu anlaşmanın əsas bəndlərini təşkil edir.

İran və İraqın müdafiə nazirləri bu anlaşma sənədinin imzalanmasından sonra birgə mətbat konfransında iştirak ediblər.

İranın müdafiə naziri bu mətbuat konfransında deyib: Bu anlaşma sənədi iki ölkənin gələcək hərbi-müdafiə əməkdaşlıqları üçün çərçivə sənəd sayılır.

General polkovnik Dehqan həmçinin, İraq ordusu və xalq qüvvələrinin İŞİD terror qruplaşması ilə savaşda əldə etdiyi son uğurlara işarə edərək, deyib: İran və İraq arasında əməkdaşlıqların davam etməsi bu kimi cərəyanların İraq və məntəqədə yenidən formalaşmasına mane olacaq. 

İraqın müdafiə naziri ordu generalı Ürfan Əl-Hiyali də bu mətbuat konfransında deyib: İran və İraq arasında imzalanmış anlaşma sənədi təhlükəsizlik sahəsi üzrə olub və iki ölkənin maraqları və mənafeini təmin edir.

 

http://azeri.sahartv.ir/news/%C4%B0ran-i277296-%C4%B0ran_v%C9%99_%C4%B0raq_aras%C4%B1nda_h%C9%99rbi_m%C3%BCdafi%C9%99_%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1_%C3%BCzr%C9%99_anla%C5%9Fma_s%C9%99n%C9%99di_imzalan%C4%B1b

 

 

Teqlər