Noy 26, 2017 00:19 Asia/Baku
  • Yardım yükü daşıyan təyyarə Səna aeroportuna enib

BMT-nin Ərzaq Proqramının rəsmilərindən biri Səudiyyə koalissiyası tərəfindən iki həftəlik mühasirədən sonra bu gün yardım yükü daşıyan bir ədəd təyyarənin Yəmən paytaxtı Səna hava limanına endiyindən xəbər verib.

Yəmən ordusu və xalq komitələrinin 4 noyabrda Ərrəyad beynəlxalq hava limanına raket hücumundan sonra təcavüzkar Səudiyyə koalisiyası Yəmənə qarşı mühasirəni gücləndirdi və Səna aeroportunun fəaliyyətini tam dayandırdı. 

İRİB-in verdiyi məlumata görə, bəzi mənbələr də bildiriblər ki, bu gün BMT-yə aid olan və humanitar yardım yükü daşıyan 4 ədəd təyyarə Səna aeroportuna daxil olub. Bu təyyarələrin yükü Qərmızı Aypara Cəmiyyətinə aid olan dərman və tibbi yardımlardan ibarət olub. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsi on minlərlə mülkinin ölümü ilə nəticələnib və bu ölkədə ərzaq və dərman çatışmazlığı və vəba xəstəliyinin yayılmasına səbəb olub. 

Teqlər