Yan 02, 2018 19:20 Asia/Baku

İslam inqilabının böyük rəhbəri son hadisələrə və düşmənlərin İran islami quruluşuna zərbə vurmaq cəhdlərinə toxunaraq bildiriblər: Düşmənə və onun düşmənçiliyinə mane olan amil xalqdakı şücaət, fədakarlıq və iman ruhudur.

Verilişin müddəti : 00:01:44

Tarix : 2018/01/02

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

 

İslam inqilabının böyük rəhbərinin ofisinin informasiya portalının verdiyi məlumata görə, Həzrət Ayətullahül-üzma Xamenei şəhid ailələri ilə həftəlik görüşündə İran xalqının izzəti, təhlükəsizlik və tərəqqisinin şəhidlərin fədakarlığına borclu olduğunu bildiriblər. 

Həzrət Ayətullahül-üzma Xamenei düşmənin həmişə İran xalqına nüfuz edib ona zərbə endirmək fürsətini gözlədiyini bildirərək deyiblər: Son günlərin hadisələrində İran düşmənləri pul, silah, siyasət və təhlükəsizlik aparatı kimi ixtiyarlarında  olan müxtəlif vasitələrlə islami quruluşa problem yaratmaq üçün müttəfiq oldular.

İslam inqilabının böyük rəhbəri bildiriblər ki, baş verən hadisələrlə əlaqədar öz fikirləri var və vaxtı gəldikdə bu fikirləri xalq ilə bölüşəcəklər. 

Həzrət Ayətullahül-üzma Xamenei şücaət və fədakarlıq əhval-ruhiyyəsinin düşmənlərin öz düşmənçiliklərini həyata keçirmələrinə mane olduğunu bildirərək şəhidləri bu kimi əhval-ruhiyyənin kamil nümunəsi adlandırıblar və deyiblər: İran xalqı evindən və ailəsindən ürəyini üzərək qərb, şərq və regionun irticaçıları tərəfindən himayə olunan xəbis düşmən qarşısında sinəsini sipər etmiş şəhidlərə sonsuza qədər borcludur. 

İslam inqilabının böyük rəhbəri Asiyanın qərbi və Afrikanın şimalında bəzi ölkələrin acınacaqlı durumunu xatırladaraq deyiblər: Qəbul etdirilmiş müharibədə Bəs düşmənin ayağı İrana açılsaydı heç nəyə rəhm etməyəcəkdi və İran bugünkü Liviya və Suriyadan daha pis duruma düçar olacaqdı.  

Teqlər