TEHRANIN CÜMƏ NAMAZI - Tehranın cümə namazı xitabətçisi: Amerika ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələnibdir
Fev 10, 2018 21:37 Asia/Baku
Tehranın cümə namazı xitabətçisi Amerikanın İran İslam Respublikasına zərbə vurmaq üzrə fitnələrinə işarə edərək, deyib: Amerika və onun müttəfiqləri ötən illər ərzində dəfələrlə İran tərəfindən şillələniblər.
Höccətulislam Vəlmuslimin Seddiqi həmçinin ilahi Fəcr Ongünlüyünü təbrik edərək, İslam İnqilabının qələbəsini möcüzə adlandırıb və belə deyib: İranın nüvə, tibb, raket və nano sahələrindəki irəliləyişləri, eləcə də bir çox sahədəki iqtisadi müstəqilliyi İslam İnqilabının qələbəsinin nailiyyətlərindəndir.
Tehranın cümə namazı xitabətçisi söyləyib: İslam İnqilabının qələbəsi istiqlaliyyət və izzətin İran xalqına qayıtmasına və ölkənin daha zorakılar tərəfindən qarət edilməməsinə səbəb oldu.