İyul 11, 2018 04:42 Asia/Baku
  • Cahangiri: ABŞ-ın xəzinədarlıq nazirliyi İrana qarşı iqtisadi müharibə mərkəzinə çevrilib

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Amerikanın Xəzinədarlıq Nazirliyi İrana qaşrı iqtisadi müharibə mərkəzinə çevrilib.

İshaq Cahangiri bu gün İsfahanda poladqayırmanın inkişafı layihəsinin açılış mərasimində etdiyi çıxışında Amerikanın məqsədlərindən birinin İranın iqtisadiyyatına zərbə vurmaq olduğunu bildirərək deyib: Amerika bu strategiyanı sionist rejim və səudiyyəlilərlə də koordinasiya edib ona görə ki, İrana müxtəlif cəhətlərdən təzyiq göstərərək öz məqsədini həyata keçirsin. 

İranın birinci vitse prezidenti deyib: Amerika Çin ilə də ticarət savaşına başlayıb və müxtəlif beynəlxalq müahidələrdən çıxıb. Amerikada bu zaman xüsusi siyasət həyata keçirilməkdədir. 

Cahangiri Amerikanın İranın ən əsas gəlir mənbəyi olan neft ixracatını noyabr ayınadək sıfıra endirmək niyyətinə toxunaraq deyib: Bu əsassız və hesablanmamış bir iddiadır və onun reallaşması digər ölkələrin təslim olması və Amerika qarşısında heç nə olduqlarını etiraf etmələrindən asılıdır. 

Teqlər