İranlı hakim "DÇ-2018"də İngiltərə-Belçika matçına hakimlik edəcək
FİFA-nın hakimlər komitəsi Rusiyada keçirilən dünya futbol çempionatının üçüncüsünü müəyyənləşdirəcək İngiltərə-Belçika matçına hakimlik etməsi üçün iranlı hakimi seçib.
İRNA-nın məlumatına görə, Dünya Futbol Federasiyasının Hakimlər Komitəsi cümə axşamı İngiltərə-Belçika matçına iranlı hakim Əlirza Fəğaninin hakimlik edəcəyini bildirib.
Əlirza Soxəndan və Məhəmmədrza Mənsuri isə bu matçda köməkçi hakimlər olacaqlar.
"DÇ-2018"də üçüncü yerin sahibini müəyyən etmək üçün İngiltərə və Belçika arasındakı matç 14 iyunda keçiriləcək.
İranın hakimlər heyəti bundan öncə Almaniya-Meksika, Braziliya-Serbiya və Fransa-Argentina matçlarına hakimlik edib.
Həmçinin, dünya çempionatının final matçına argentinalı Nestor Pitana hakimlik edəcək. Fransa və Xorvatiya arasında baş tutacaq matç 15 iyulda olacaq.