Sen 01, 2018 20:06 Asia/Baku

İranın ən qədim və ən mötəbər universitetlərindən olan Təbriz universiteti öz fəaliyyətinin 80-ci onilliyinə daxil olub. Bu münasibətlə Təbrizdə ali təhsilin 8-ci yüzilliyi mərasimi keçirilib.

Verilişin müddəti : 00:02:00

Tarix : 2018/09/01

-------------------------------------------------------------------------

Təbrizdə 800 il ali təhsilin bəhrəsi.

İranın ikinci qədim universiteti və hazırda ölkənin beş kompleks universitetindən biri.

Müsahibə: Ölkənin kompleks universitetləri arasında Təbriz universiteti bütün ölkədə ikinci yerdə durur.

70 il təhsil və tədqiqatın parlaq qaşı.

Cəsurlar, inqilabçı mübarizlər və sərkərdələrin tərbiyə ocağı.

Alimlər, ədiblər və ölməz simalar üçün bir mərkəz.

Müsahibə(Xodayi-elm, tədqiqat və texnologiya nazirinin müavini): Ən yaxşı xatirə budur ki, mən digər bir şəhərdə dünyaya gəlmiş, böyümüşəm, lakin Təbriz və Təbriz universiteti mənim üçün elə bir yerə çevrildi ki, Tehrana getməyə hazır olmadım.

Regionda beynəlxalq kommunikasiya mərkəzi

Müsahibə(Ramazan Kokmaz-Qafqaz universitetləri birliyinin sədri): Təbriz universiteti bizim birliyin təsirli və mühüm üzvüdür.

Təbriz universiteti bilik və təcrübədə misilsiz bir keçmişlə dünyanın ən yaxşı universitetlərinin bir faizi arasında inkişaf etməkdə davam edir.

Müsahibə(Təbriz universitetinin rektoru): Universitetdə 80 texnologiya şirkəti və on bir əsas bilik şirkəti təsis etmişik ki, bunlar universitet dissertasiyaları ilə bağlı ideyaları məhsula çevirirlər.

Bu universitet öz fəaliyyətinin 8-ci onilliyində mədəni yüksəliş və məşğulluqyaratmanın inkişafına çalışır.

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər