Sen 08, 2018 11:16 Asia/Baku

Suriya hökuməti terrorçular üzərində qələbənin qətiləşməsi ilə ölkədə quruculuq və bərpa əməliyyatına ciddi diqqət ayırmağa başlayıb. Elə bu istiqamətdə xarici investorlar və iş adamlarını bu prosesə dəvət etmək məqsədilə 60-cı beynəlxalq Dəməşq sərgisinə start verib.

Verilişin müddəti : 00:01:23

Tarix : 2018/09/08

-------------------------------------------------------------------------

Suriyada sabitlik və təhlükəsizliyin bərqərar edilməsi və yaşamın öz axarına qayıtmasının nişanəsi olaraq xarici qonaqların iştirak etdiyi xüsusi bir mərasim ilə 60-cı beynəlxalq Dəməşq sərgisinə start verilib.

Sərginin təşkilatçısı deyir: “Bu il 47 ölkədən gəlmiş 1722 qonaq beynəlxalq Dəməşq sərgisində iştirak edir. Bu, ötən il ilə müqayisədə çox böyük rəqəmdir. Aydın olur ki, Suriya hökuməti ölkənin bərpasında iştirak etmək üçün xarici investorların diqqətini cəlb etməyi bacarıb.”

 

8 il davam edən müharibənin ardınca indi Suriya hökuməti böhranlı mərhələdən uzaqlaşmağa çalışır. Buna görə də bu sərgi xüsusilə dost və müttəfiq ölkələri Suriyanın bərpasında iştiraka cəzb etmək üçün münasib fürsət qərar verib.

 

Suriyanın baş naziri İmad Xəmis sərginin açılış mərasimində çıxış edərək, deyib: “Suriya zalım qüdrətlərin terrorçulardan istifadə edərək başlatdıqları vəkalət savaşının qalibi oldu. Bu müharibə Suriyaya 400 milyard dollardan çox zərər vursa da, dost və müttəfiq ölkələrin dəstəyi ilə yenidən ölkəmizi abad edəcəyik.”

 

İndi iranlı istehsalçılar, sərmayə sahibləri və iş adamları yaranmış fürsəti ən yaxşı formada dəyərləndirməlidirlər.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər