Sen 11, 2018 14:35 Asia/Baku
  • İmam Rzanın(ə) pak məqbərəsi üzərində Hüseyn əzadarlığı bayrağı dalğalandırılıb
    İmam Rzanın(ə) pak məqbərəsi üzərində Hüseyn əzadarlığı bayrağı dalğalandırılıb

Məhərrəm ayının gəlib çatması və şiələrin üçüncü imamı İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimlərinin başlanılması ilə bir vaxtda Məşhəd şəhərində İmam Rzanın(ə) pak məqbərəsi üzərində Hüseyn əzadarlığı bayrağı dalğalandırılıb.

Bu gün 11 sentyabr 2018-ci il hicri qəməri tarixi ilə1440-cı il məhərrəm ayının birinə təsadüf edir.

İmam Rzanın(ə) zərihinin örtüyü və məqbərənin üzərindəki bayraq bayram və matəm günlərində dəyişdirilir.

Məhərrəm və səfər aylarında özəl əzadarlıq bayrağı 63 gün ərzində İmam Rzanın(ə) pak məqbərəsi üzərində dalğalanacaq.

İmam Hüseyn(ə)-ın şəhadəti günlərində İmam Rzanın(ə) zərihinin örtüyü və məqbərənin üzərindəki bayraq qara rəngə dəyişdirilir. Bayram günlərində isə yaşıl rəngli örtük və bayraq ilə əvəz olunur. 

Teqlər