Okt 04, 2018 20:54 Asia/Baku
  • İnqilab Rəhbəri bu gün bəsicilərin böyük toplantısında iştirak edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri bu gün Tehranın Azadi idman kompleksində Tehran ostanı bəsicilərinin on minlərlə nəfərlik toplantısında iştirak edəcəklər.

Bu toplantının iştirakçıları bu ilin avqust və sentyabr aylarında bəsicilərin xidmət manevrində iştirak edərək, abadlıq, səhiyyə, mədəniyyət və təhsil sahələrində məhrum təbəqələrə xidmətlər göstərmiş bəsici cihad qruplarıdır.

Bəsice Mostəzəfin təşkilatının sədri general pasdar Qolamhoseyn Qeybpərvər bildirib ki, ölkə boyu xidmətlərin göstərilməsi məsələsində təqribən 150 min nəfər şəhər məhəllərində və şəhərlərin kənarında mədəni, ictimai, təhsil, məşğulluq, abadlıq, səhiyyə və sağlamlıq sahələrində iştirak edib. O, deyib ki, bu manevr avqustun 31-dən sentyabrın 20-dək keçirilibdir.

General Qeybpərvər belə qeyd edib: Bu manevr məhrum təbəqələrə xidmət göstərilməsi sahəsində bəsicilərin hazırlığının öyrənilməsi üçün həyata keçirilib və manevrin yekun halqası ostanların mərkəzlərində 700 min nəfərlik bir manevrdir ki, onların on minlərlə nəfəri bu gün Tehrana tolaşacaqdır.

Teqlər