Yan 05, 2019 04:14 Asia/Baku
  • Qasemi: İran region ölkələri ilə əlaqələrini genişləndirməyə maraqlıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası qonşularından və ətrafdakı ölkələrdən əlavə, bütün region ölkələrilə inteqrasiya, əlaqələrin dərinləşdirilməsi və ixtilafların azaldılması istiqamətlərində həmkarlıq edir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi IRIB müxbiri ilə eksklüziv müsahibədə İran xarici işlər nazirinin region ölkələrinə olacaq qarşıdakı səfələrinə işarə edərək, əlavə edib: İranın qonşu ölkələrə və region ölkələrinə baxışı daim regionda davamlı sülh, stabillik və təhlükəsizlik üzrə səy və dinc yanaşı yaşama ilə yanaşı olan pozitiv baxış olubdur.

Qasemi deyib: İranın qonşu ölkələrlə əlaqəsi son illərdə ardıcıl şəkildə izlənilib və qonşularla sıx və ardıcıl əlaqələr İran İslam Respublikasının iri və daimi siyasətidir.

Qasemi əlavə edib: Suriyanın durumu elədir ki, hamı bir çoxlarının inanmadıqları İranın beş ya altı il bundan öncəki mövqelərinə dönübdür və bu gün ölkələrin Suriya məsələsi və terrorizm gerçəkliyi ilə bağlı mövqelərində ciddi yeni baxış müşahidə olunur.

Teqlər