Yan 08, 2019 20:49 Asia/Baku

İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi axşam ABŞ prezidenti Donald Tramp və müşavirlərinin "Virtual Reallıq" (VR) gözlüyü ilə çəkdirdikləri kollektiv fotoşəkili paylaşaraq, Ağ Evin regionda izlədiyi siyasətlərin uğursuz alındığını yazıb.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bu fotoşəkili Tvitterdə paylaşaraq, yazıb: "Bir şəkildə min söz var deyərlər. Amma, bu şəkil ABŞ-ın ötən dekadalarda Yaxın Şərqdə yürütdüyü uğursuz siyasətlər barədə mindən çox sözə malikdir. Korlar ölkəsində hətta, VR gözlüyü olan insanlar belə kordurlar."

İran İslam Respublikasının xarici işlər naziri bundan öncə də Trampın sözlərinin ABŞ-ın cinayətkar İsrail rejimini və regiondakı diktator rejimlərini himayə etməsi, terrorçu qrupların formalaşdırılması və himayə edilməsi kimi reallıqların kənarında Vaşinqton üçün daha böyük rüsvayçılıq və etimadsızlıqdan başqa heç bir faydası olmayacağını demişdi. 

Teqlər