Yan 16, 2019 23:13 Asia/Baku
  • İran və Azərbaycan Respublikası arasında hərbi əməkdaşlıqların genişləndirilməsinə təkid edidi

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Tehran - Bakı münasibətlərinin çox yaxın olduğuna işarə edərək, hərbi-müdafiə sahəsində də bu əməkdaşlıqların yaxşı inkişafa malik olacağına ümidvar olduğunu deyib.

İRNA-nın məlumatına görə, İran silahlı qüvvələri Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri çərşənbə günü Bakıda, Heydər Əliyev adına beynəlxalq hava limanında deyib: Azərbacyan tarixi, dini və dil baxımından ən önəmli qonşulardandır və iran bu məsələyə son dərəcə böyük əhəmiyyət verir.

General-mayor Baqiri Bakıya olan səfərinin məqsədlərinə gəlincə deyib: Bu səfər çərçivəsində müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadilələri aparılacaq və hərbi əməkdaşlıqların genişləndirilməsi məsələsi müzakirə ediləcək.

İran silahlı qüvvələri Baş Qərargah rəisi Azərbaycana olan səfərini bu səviyyədə olan ilk səfər adlandırıb və deyib: Bu məsələ iki ölkə münasibətlərindəki yaxınlığın nişanəsidir.

General-mayor Baqiri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti əsasında bu ölkəyə səfər edib. Bu iki günlük səfər çərçivəsində general-mayor Baqiri Azərbaycan Respublikasının müdafiə naziri və hərbi rəsmiləri ilə görüşüb, danışıqlar aparmaqla yanaşı, Azərbaycan prezidenti, baş naziri və Azərbaycan Milli Məclisinin spikeri ilə də görüşməlidir.

Teqlər