Apr 28, 2019 19:48 Asia/Baku

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: Əgər İran nefti Hörmüz boğazından keçməzsə, digər ölkələrin nefti də bu boğazdan keçməyəcəkdir!

Verilişin müddəti :  00:01:13

Tarix :       28-04-2019

 

----------------------------------------------------------------------------------------------------

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohəmməd Baqeri bu gün İranın hüquq-muhafizə qüvvələrinin müdirləri, rəisləri və komandanlarının 23-cü ümumölkə konfransının kənarında əlavə edib: İran gəmiləri də digər ölkələrin gəmiləri kimi Hörmüz boğazından keçirlər, amma əgər bir kəs bu boğazı təhlükəli etmək istəyərsə, mütləq İran onunla ciddi rəftar edəcəkdir.

General-mayor Baqeri vurğulayıb: Düşmənin hərəkətləri məcbur etməzsə, İran Hörmüz boğazını bağlamaq niyyətində deyildir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əlavə edib: Amerikalı gəmilər İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazı barədəki suallarına cavab verməyə borcludurlar və onlar bilirlər ki, bu boğazın təhlükəsizliyi kimin üzərinə düşür.

General Baqeri oğurlanmış iki iranlı sərhədçinin Pakistandakı son durumu haqda isə belə deyib: İranlı sərhədçilər Pakistandakı quldurların əsirliyindədirlər və bu barədə ciddi izləmələr davam edir. Pakistanın baş naziri də Tehrana səfərdə söz verdi ki, mövzunu daha artıq ciddiliklə izləyəcəkdir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: Xaş şosesində İranın silahlı qüvvələrinin avtobusuna hücumun terrorçu amillərinin bir çoxu həbs olunub. Bu amillərin bəziləri də Pakistana qaçıbdır. Həbs olunanlar barədə iş açılıb və izləmələr davam edir.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər