May 09, 2019 23:21 Asia/Baku

İranın xarici işlər naziri Avropa Birliyinin nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirməsi vacibliyini vurğulayıb.

Məhəmməd Cavad Zərif dünən bir twitter mesajında bildirib ki, Avropa Birliyi İrandan birtərəfli şəkildə nüvə anlaşmasına sadiq qalmasını istəmək yerinə, bu anlaşma qarşısındakı öhdəliklərini yerinə yetirsin.

İranın xarici işlər naziri əlavə edib: Avropa Birliyinin nüvə anlaşması barədəki bəyanatı bunu bəyan edir ki, nə üçün nüvə anlaşması bu vəziyyətə düşübdür. Amerika bir ildir Avropa üçün və bütün dünya üçün quldurluq edir, Avropa Birliyi isə təkcə təəssüf ifadə edə bilir.

Məhəmməd Cavad Zərif əlavə edib: Avropa Birliyi İrandan çoxtəfərli bir anlaşmaya birtərəfli şəkildə sadiq qalmasını istəmək yerinə, iqtisadi münasibətlərin adiləşdirilməsi daxil olmaqla bu anlaşma qarşısındakı öhdəliklərini yerinə yetirməlidir.

Avropa Birliyi dünən bir bəyanatda bildirib ki, bu birliyin üzvləri nüvə anlaşmasına dəstək verməkdə davam, amma bu anlaşma barədəki hər cür ultimatumu rədd edirlər.

Teqlər