İyul 07, 2019 17:12 Asia/Baku
  • Fəhlələrin beynəlxalq yarışlarında İran idmançıları 138 medal qazanıblar

İran karvanı indiyədək fəhlələrin 6-cı beynəlxalq yarışlarında bütövlükdə 138 medal qazanıb.

Fəhlələrin İspaniyada keçirilən altıncı beynəlxalq yarışları iyulun ikisindən İspaniyanın Tortosa şəhərində başlayıb. Bu yarışlarda 42 ölkədən üç min idmançı altı gün müddətinə bir-biriləri ilə rəqabət aparırlar.

İranın idman karvanı fəhlələrin 6-cı beynəlxalq yarışlarında indiyədək 61 qızıl, 48 gümüş və 29 bürünc medal əldə edibdir.

İran karvanı bu yarışlarda 140 idmançı ilə 9 idman növündə iştirak edir.

Teqlər