İyul 08, 2019 22:30 Asia/Baku
  • General Heydəri: İranın silahlı qüvvələri düşmənlərin tamahkarlıqlarına qətiyyətli cavab verəcəklər

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı deyib: İranın silahlı qüvvələri düşmənin hər bir tamahkarlığına və axmaqcasına hərəkətinə qətiyyətli cavab verəcəklər.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri bu gün IRNA ilə müsahibədə İranın silahlı qüvvələrinin düşmənlərin hədələri ilə mübarizəyə hazır olmasına işarə edərək, əlavə edib: İranın silahlı qüvvələri qüdrətlə düşmənlərin hərəkətlərini izləyirlər.

General Heydəri söyləyib: Düşmənlər yaxşı başa düşüblər ki, İranın silahlı qüvvələri düşmənlərə təslim olmayan alınmaz bir qaladır. O, deyib: Düşmənlər səkkiz il Müqəddəs Müdafiə ərzində İrana zərbə vurmaq üçün əllərindən gələni etdilər, amma ölkə ərazisindən bir zərrə də olsa belə, ələ keçirə bilmədilər.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı həmçinin ölkə sərhədlərini heç bir xətərin təhdid etmədiyini bildirərək, vurğulayıb ki, bütün İran sərhədləri tam təhlükəsizlik şəraitindədirlər.

Teqlər