İyul 10, 2019 17:18 Asia/Baku
  • Təxte Rəvançi: Amerikalılar münafiqlər terror qruplaşması ilə yaxından həmkarlıq edirlər

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi deyib ki, amerikalılar münafiqlər terror qruplaşması ilə yaxından həmkarlıq edirlər.

Məcid Təxte Rəvançi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının "Terrorizm və mütəşəkkil transmilli cinayətlərin əlaqəsi" mövzusu ilə keçirilən iclasında İranı terrorizmin və mütəşəkkil cinayətlərin qurbanı adlandırıb və belə deyib: Bəzi regional və Avropa ölkələrinin himayəsi altında olan münafiqlər terror qruplaşması İranda təxribat və çaxnaşma törətmək üçün Amerikanın kəşfiyyat orqanları ilə sıx əməkdaşlığa malikdir.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi əlavə edib: İran həm terrorçuların fəaliyyətlərinin və mütəşəkkil transmilli cinayətkarların qurbanıdır, həm də onlarla mübarizənin avanqardıdır. Belə ki, indiyədək 17161 İran vətəndaşı, o cümlədən prezident, baş nazir, məhkəmə hakimiyyətinin sədri, silahlı qüvvələrin baş qərargah rəisinin müavini, 27 məclis üzvü və dörd nüvə alimi terrorçular tərəfindən şəhid ediliblər.

Təxte Rəvançi əlavə edib: Münafiqlər terror qruplaşması bu gün bəzi region ölkələrinin, eləcə də Avropadakı ölkələr daxil olmaqla bəzi ölkələrin maliyyə dəstəkləri altında fəaliyyət göstərir.

O, qeyd edib: Amerika da münafiqlər terror qruplaşmasını terror qrupları siyahısından çıxarmaqla onların üzvlərinə aman verib və bu ölkəni kəşfiyyat orqanları onlarla sıx əməkdaşlıq edərək, İranda təxribat və fitnəkarlıq etməklə məşğuldurlar.

Teqlər