İyul 16, 2019 15:48 Asia/Baku
  • Zərif: Özümüzü müdafiədə tərəddüd etməyəcəyik

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif vurğulayıb: Gərginlik ardınca deyilik, amma əgər bizə təcavüz edərlərsə, özümüzü müdafiədə tərəddüd etməyəcəyik.

BMT-nin iqtisadi-ictimai şurasının yüksək səviyyəli rəsmilərinin illik sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş Məhəmməd Cavad Zərif Amerikanın NBC telekanalı ilə müsahibədə Amerikanın müxtəlif bəhanələrlə İrana qarşı təzyiq və təhdidlərinin nəticəsiz olmasına işarə edərək deyib: Amerikanın İrana təcavüzdə ağılsızlıq edəcəyi təqdirdə, İran İslam Respublikası özünümüdafiə sahəsində qətiyyətlə meydana girəcəkdir.

İranın xarici işlər naziri həmçinin deyib: Amerika ötən qırx ildə İrana qarşı sanksiya və təzyiqlə təkcə özünü İranın böyük bazarından məhrum edibdir.

Zərif deyib: Bizim seçimimiz, hər cür təzyiq qarşısında müqavimətdir, amma əgər Amerika bu şəraitdən çıxmaq üçün abırlı bir yol ardıncadırsa, həll yolu mövcuddur.

Zərif Nyu-Yorkdan sonra qoşulmama hərəkatının xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Venesuelaya səfər etməlidir.

Venesuelanın hökumət rəsmilərilə ikitərəfli görüşlər də İran İslam Respublikasının xarici işlər nazirinin iş gündəmində durur.

İranın xarici işlər naziri həmçinin Venesueladan sonra ikitərəfli görüşlər məqsədilə Nikaraquaya və Boliviyaya səfər edəcəkdir.

Teqlər