İyul 21, 2019 20:59 Asia/Baku
  • İngiltərə tankerinin müsadirə olunması İranın gözlənilən və qarşılıqlı cavabı idi

Amerikanın yüksək rütbəli hərbi rəsmisi İngiltərə tankerinin Fars Körfəzi sularında müsadirə olunmasını İngiltərə qüvvələrinin Cəbəlüttariq-də İran tankerini müsadirə etmələrinə İranın gözlənilən və qarşılıqlı cavabı adlandırıb.

Amerika ordusunun baş kəşfiyyat komandanı Robert Aşley Koloradoda keçirilən Aspen təhlükəsizlik iclasında deyib: İngiltərə tankerinin İran qüvvələri tərəfindən müsadirə olunması İran tankerinin Cəbəlüttariq-də müsadirə edilməsindən sonra gözlənilirdi.

O, əlavə edib: İki tərəf elə bir şəraitdədir ki, sırf qarşılıqlı addımlar ardıncadır və hərçənd onların heç biri savaş niyyətində deyil, amma eyni zamanda güc nümayiş etdirmək ardıncadır.

Teqlər