İyul 29, 2019 17:02 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri bir müraciət yayaraq, İranın gənclərdən ibarət voleybol komandasını dünya çempionu olması münasibətilə təbrik ediblər.

Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə deyiblər: Əziz gənclər, sizin çempionluğunuzu təbrik edirəm. İran xalqının ürəyini şad etdiniz. Sizə təşəkkür edirəm.

İranın gənclərdən ibarət yığma voleybol komandası şənbə günü gecə İtaliyanın gənclərdən ibarət yığmasını məğlub edərək, ilk dəfə dünya çempionu oldu.

21 yaşından aşağı voleybol üzrə dünya çempionatı iyulun 18-dən Bəhreynin Manama şəhərində başlanıb və şənbə günü başa çatıbdır.

Teqlər