Avq 06, 2019 17:26 Asia/Baku
  • Nigeriya xalqı Şeyx Zəkzakinin azadlığını bayram edib

Nigeriya xalqı bu ölkə məhkəməsinin Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin müalicə üçün şərti olaraq azad edilməsi ilə razılaşması xəbərinin yayılmasından sonra küçələrə çıxaraq şadlıq edibdir.

Nigeriya məhkəməsi dünən Şeyx Zəkzakiyə və həyat yoldaşına müalicə üçün ölkə xaricinə  səfər etmək icazəsi verdi.

Nigeriya İslam Hərəkatı bununla bağlı öz twitter hesabında yazıb: Məhkəmə Şeyx Zəkzakiyə və həyat yoldaşına müalicə üçün Hindistana səfər etmək icazəsi verdi.

Nigeriyadakı "Venqard" qəzetinin vebsaytı da bildiribdir ki, Şeyx Zəkzakinin Hindistana səfəri şərti olacaq. Bu şərtlərdən biri, Nigeriyanın təhlükəsizlik qüvvələrinin həmin səfərdə Nigeriya İslam Hərəkatının rəhbərini müşayiət etmələri olacaq.

Məlumatlara əsasən, bu hökm Nigeriyanın əyalətlərindən olan Kadunanın ali məhkəməsi tərəfindən çıxarılıb.

Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə qarşı hücumunda ağır yaralandı və elə həmin vəziyyətdə də həbs olundu. Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyə və onun mənzili qarşısına toplaşanlara tərəf atəş açaraq, Zəkzakinin üç uşağı daxil olmaqla yüzlərlə nəfəri şəhid etdilər.

Nigeriyanın ali məhkəməsi 2016-cı ilin dekabrında Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi barədə hökm çıxardı və bu ölkənin ordusu və xəfiyyə təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi, amma qeyd olunan orqanlar bu hökmün icrasından boyun qaçıraraq, Şeyx Zəkzakini həbsdə saxlamaqda davam etdilər.

Teqlər