Avq 09, 2019 23:19 Asia/Baku

İran İslam Respublikasının birinci vitse-prezidenti ABŞ-ın İran xalqına qarşı birtərəfli sanksiyalarının nəticəsiz olduğunu vurğulayıb.

Eshaq Cəhangiri dünən gecə Xorasane Rəzəvi vilayətinin mərkəzi olan Məşhəd şəhərində bu vilayətin müqavimət iqtisadiyyatı qərargahı və idarə şurasının birgə iclasında əlavə edib: Məsələlərin həllinin yeganə yolu, məntiq və dialoqdur və avropalılarla Amerikanın İran İslam Respublikasına qarşı zorakılıqları nəticəsizdir.

İran İslam Respublikasının birinci vitse-prezidenti sonra deyib: Avropa və Qərb İranın müxtəlif məsələlərdəki qüdrətini görüblər və hazırda İranla olan məsələləri üçün həll yolları axtarmaq ardıncadırlar.

İran İslam Respublikasının birinci vitse-prezidenti daha sonra belə qeyd edib: Bir ildən çoxdur ki, Amerika nüvə anlaşmasından çıxıb. Onlar belə təsəvvür edirdilər ki, iqtisadi təzyiq və problemlər İranda hərc-mərcliyə səbəb olacaq, amma İranın iqtisadi şəraiti ötənilkindən daha yaxşıdır.

Amerika prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, birtərəfli şəkildə ölkləsini bu anlaşmadan çıxardı və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Trampın bu hərəkəti daxildə və xaricdə geniş şəkildə pislənibdir.

Teqlər