Avq 26, 2019 17:32 Asia/Baku
  • İşğal olunmuş Fələstində gələcək seçkilər sionistlərin qanı ilə keçiriləcək

Livan Hizbullahının baş katibi bildirib ki, müqavimət sionist rejimin Beyruta son təcavüzündən bu asanlığa keçməyəcək. O, sionist rejim başçılarına xitabən bildirib ki, işğal olunmuş Fələstində gələcək seçkilər sionistlərin qanı ilə keçiriləcək.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah dünən "Cərud Ərsal"ın azad edilməsinin ikinci ildönümü münasibətilə etdiyi çıxışda xalqın bu mərasimdə geniş iştirakını sionist rejimin yeni təcavüzlərinə ilk cavab və reaksiya adlandırıb və belə əlavə edib: "Cərud Ərsal" əməliyyatı Suriya ordusunun və müqavimət qüvvələrinin terrorçuların hücumları ilə mübarizələrinin mühüm bir hissəsi olubdur.

Livan Hizbullahının baş katibi bildirib ki, sionist rejimin baş naziri Benyamin Netanyahu seçkilərin ardıncadır və sionist partiyaların adətləri budur ki, seçkiləri bölgə əhalisinin qanı ilə keçirsinlər. O, vurğulayıb: Sionist rejim başçıları bilsinlər ki, qarşıdakı seçkilər keçmişdəki kimi olmayacaq.

Nəsrullah sionist rejimin Livanın hava məkanına yeni təcavüzünü son dərəcə təhlükəli və ədavətli bir hadisə adlandırıb və belə deyib: Hizbullah bu kimi təcavüzlərin təkrar olunmasına heç vaxt icazə verməyəcək və bundan sonra sionist rejimin hər cür pilotsuz təyyarəsini vurub yerə salacaqdır.

İnformasiya mediaları dünən səhər tezdən Beyrutun cənubunda yerləşən Zahiyyə bölgəsində sionist rejimin iki pilotsuzunun öncədən təyin olunmuş hədəflərə uğursuz hücumdan sonra süqut etməsindən xəbər verdilər.

Livan Hizbullahının baş katibi sonra vurğulayıb: Amerikalılar İŞİD-in yaradıcıları və himayədarlarıdırlar və bu terror qruplaşmasını İraq və Suriyada bərpa etmək niyyətindədirlər, zira İraq parlamenti Amerika hərbçilərinin həmin ölkədən çıxmalarını istəyir.

Nəsrullah həmçinin bildirib ki, İdlib və Həmah vilayətləri tezliklə terrorçuların işğalından azad olacaq. O, deyib: Suriyanın İŞİD üzərində qələbəsi ilə terrorçular həmişəlik olaraq Livandan uzaq olacaqlar.

Teqlər