Avq 27, 2019 12:08 Asia/Baku

Livan Hizbullahı bildirib ki, bazar günü səhər tezdən Beyrutun üzərində vurulmuş iki pilotsuzda bomba var imiş. Pilotsuzların tapşırığı partlayış əməliyyatı imiş.

Hizbullah-ın bəyanatında deyilir: Müqavimət ekspertlərinin araşdırmalarından sonra bəlli olub ki, cənub məntəqəsində vurulmuş pilotsuzda məharətlə yerləşdirilmiş partlayıcı maddələr var imiş.

Hizbullah əlavə edib: Çəkisi 5,5 kiloqram olan qeyd olunan partlayıcı maddələr "Si-4"(C4) növündən olubdur.

Bəyanatda həmçinin deyilir: Yeni tapıntılar göstərir ki, birinci pilotsuzun məqsədi, kəşfiyyat əməliyyatı deyil, elə ikinci pilotsuz kimi partlayış əməliyyatı olubdur.

Sionist rejimin iki ədəd təcavüzkar pilotsuzu bazar günü səhər tezdən Livanın hava məkanını pozaraq, Beyrutun cənubunda, Zahiyyə məntəqəsində süqut etdi. Birinci pilotsuza heç bir xəsarət dəyməyib, lakin özü ilə bomba daşıyan ikinci pilotsuz Hizbullahın media binasının bir hissəsinə xəsarətlər vurubdur.

Bununla bağlı, Livanın xarici işlər naziri Cubran Basil Beyrutun cənubuna qarşı pilotsuz təcavüzünə reaksiyada Livanın BMT-dəki daimi nümayəndəsindən istəyibdir ki, sionist rejimin onun ölkəsinin ərazisinə qarşı təcavüzünə etiraz olaraq, Təhlükəsizlik Şurasına şikayət etsin.

Sionist rejim həmçinin bazar günü səhər tezdən Dəməşqin cənubuna tərəf raket hücumu etdi ki, bu da Suriyanın hava hücumundan müdafiə qüvvələrinin reaksiyası ilə üzləşdi.

Teqlər