Sen 02, 2019 21:20 Asia/Baku
  • Sionist rejim ordusunun qoşun komandanı Hizbullahın əməliyyatında məhv edilib

Əlminar telekanalı bildirib ki, Livan Hizbullahı Avimim-də yerləşən Səkənə şosesində sionist rejimin hərbi təchizatlarından birinin məhv edilməsindən xəbər verib. Bu məlumata görə, Hizbullahın əməliyyatı zamanı işğal olunmuş Fələstinin şimalında sionist rejim ordusunun qoşun komandanı məhv edilib.

Livan Hizbullahı bir bəyanat yayaraq, bildirib ki, "Əlşəhidin Həssən Zəbib və Yassir Zahir" qrupu bu əməliyyatı həyata keçirib.

Daxil olan məlumatlara görə, sionist rejimin baş naziri Benyamin Netanyahu Livan sərhədləri hadisələrini izləmək istiqamətində bu rejimin kəşfiyyat xidmətləri və ordu qəragahı ilə fövqəladə iclaslar keçirmək üçün müharibə nazirliyinə gedib.

 

Teqlər