Sen 18, 2019 18:35 Asia/Baku
  • Zərif: Yəmən savaşına son qoymaq hamı üçün yeganə həll yoludur

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə twitter-də iki mesaj yayaraq, Yəmən savaşının tez bir zamanda başa çatmasını istəyibdir.

Məhəmməd Cavad Zərif birinci twitt-ində amerikalıların himayəsilə Yəmənə təcavüz edənlər tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edərək, yazıb: Əgər Amerika dörd il yarım ərzində ən pis hərbi cinayətlərin qurbanlarının əllərindən gələn qədər cavabı verməyəcəklərini fikirləşərsə, reallıqları inkar etmiş olacaqdır.

Zərif əlavə edib: Bəlkə də Birləşmş Ştatlar yüzlərlə milyard dollar silahının yəmənlilərin atəşi ilə mübarizə apara bilməməsinə görə, xəcalətlidir.

İran İslam Respublikasının xarici işlər naziri bu twitt-də həmçinin ABŞ rəsmilərinin ərəbistanın neft təsisatlarına qarşı hücumda İranın əlinin olmasına dair ittihamına toxunaraq, belə qeyd edib: İranı ittiham etmək heç bir şeyi dəyişməyəcək. Müharibəyə son qoymaq hamı üçün yeganə həll yoludur.

Məhəmməd Cavad Zərif digər bir twitt-də Amerikanın səud kolasiyası tərəfindən yəmənli uşaqların qırğın edilmələrindən əsla narahat olmayacağına toxunaraq, yazıb: Amerikalılar yalnız məzlum yəmənlilər ərəbistanın neft təsisatlarına hücumla səud koalisiyasının cinayətlərinə cavab verərkən narahat oldular.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi şənbə günü səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, on ədəd yerli pilotsuzla ərəbistanın Aramko milli neft şirkətinin tabeliyində olan "Bəqiq" və "Xaris" neftayırma zavodlarını hədəfə aldı.

Teqlər