Sen 28, 2019 22:03 Asia/Baku

İngiltərənin beynəxalq ticarət naziri etiraf edib ki, ərəbistana silah satışı davam edir.

İngiltərənin beynəxalq ticarət naziri Liz Truss bu gün deyib: Məhkəmənin ərəbistana silah satışının qanunsuz olmasına dair hökmünə rəğmən, London bu hərəkəti davam etdirib və məhkəmənin qərarını üç dəfə pozubdur.

İngiltərənin beynəxalq ticarət naziri əlavə edib: Yanlış olaraq verdiyimiz lisenziyalara görə üzr istəyirəm.

İngiltərə parlamentinin aşağı palatasının ərəbistana silah satışının davam etməsi haqdakı sualına cavab olaraq İngiltərənin beynəxalq ticarət naziri məhkəmənin ərriyada silah satışının qanunsuz olmasına dair hökmünün pozulması üzrə digər halları etiraf edibdir.

İngiltərə və ərəbistan hökumətləri arasında silah satışı üzrə yeni müqavilələr məhkəmənin bir hökmlə bu kimi müqavilələri qadağan edəndən və onları qanunsuz sayandan bir neçə ay sonra imzalanıb, zira bu silahlardan Yəmən savaşında istifadə olunur və onda məqsəd, günahsız mülkiləri qırmaqdır.

Bəzi insan haqları müəssisə və təşkilatları, eləcə də İngiltərə parlamentinin üzvləri Yəməndə sivillərə qarşı törədilmiş cinayətləri hərbi cinayətlər adlandırıblar.

Teqlər