Okt 02, 2019 14:41 Asia/Baku
  • Tehran-Bakı əməkdaşlığının genişlənməsi üçün münasib atmosfer mövcuddur

Azərbaycan Respublikasının İrandakı səfiri Tehran-Bakı əməkdaşlıqlarının müxtəlif sahələrdə genişləndirilməsini vurğulayıb.

İranın Şərqi Azərbaycan vilayətinə səfər etmiş Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov dünən axşamçağı Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Otağının sədri Yunis Jaele ilə görüşdə Tehran-Bakı iqtisadi əlaqələrinin 74 faizlik artımını iki ölkənin xalqları və məsul şəxslərinin qarşılıqlı əməkdaşlıqları genişləndirməyə olan maraqlarının nişanəsi adlandırıb. Deyib ki, hal-hazırda iki ölkənin iqtisadi fəallarının həmkarlıqlarının genişlənməsi üzrə atmosfer daha çox mövcuddur.

Hüseynov qeyd edib ki, son illər iki ölkə prezidentləri qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində bir-biriləri ilə on iki görüş keçiriblər. O, əlavə edib: Hər iki hökumət münasibətləri genişləndirmək üçün indiyədək təsirli addımlar atıb və iki ölkənin iqtisadi fəallarının özəl sektordakı imkanlarından münasibətlərin genişləndirilməsində bəhrələnmənin vaxtı gəlib çatıbdır.

Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Otağının sədri Yunis Jaele də bu görüşdə ümidarlıq edibdir ki, İran-Azərbaycan Respublikası iqtisadi əlaqələrinin genişləndirilməsi yolunda mövcud olan problemlərin aradan qaldırılması ilə ikitərəfli münasibətlər daha da inkişaf edəcək.

Azərbaycan Respublikasının rəsmi mənbələrinin məlumatlarına görə, 2018-ci ildə Tehran-Bakı ticarət dövriyyəsinin həcmi 74 faiz artaraq, 446 milyon dollara çatıbdır.

 

Teqlər