Okt 30, 2019 00:21 Asia/Baku

İranın BMT-dəki nümayəndəsi sionist rejimin Fələstin ərazilərində və bölgədəki ekspansianizmi qarşısındakı uğursuzluğuna görə, dünya ictimaiyyətini tənqid edib.

Eshaq Ale-Həbib Fələstin məsələsi, həmçinin Yaxın Şərqdə sülh və təhlükəsizlik mövzularına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasında Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatı tərəfindən əlavə edib: Bu şura 2500-ə yaxın qətnamə qəbul edib. 365 qətnamə cüzi və külli şəkildə Fələstin məsələsilə bağlıdır, amma onların heç biri icra olunmayıbdır.

İranın BMT-dəki səfiri əlavə edib: Sionist rejim tam toxunulmazlıq və bəzi Qərb ölkələrinin dəstəyi ilə özünün qanunsuz siyasətləri və vəhşicəsinə əməllərini davam etdiribdir.

Ale-Həbib sionist rejimin qonşularına təcavüz etməsini, həmçinin Fələstin, Livan və Suriyaya qarşı işğalının davam etməsini beynəlxalq qanunların aşkarcasına pozulması hesab edib. Bildirib ki, bu rejim habelə qəsb etdiyi ərazilərdə daha çox sionist qəsəbələr salmaqla öz ekspansianist siyasətlərini davam etdirir.

 

 

Teqlər