Noy 07, 2019 19:17 Asia/Baku

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib: İsa Qəmbər Ali Sovetin sədri olanda YAP-a qurultay keçirməyə imkan vermədi

Novruzov bildirib ki, dəyirmi masada yığışanların bir qrupu vaxtilə hakimiyyətdə olub: “İstər İsa Qəmbər, istər Əli Kərimli, istərsə də Arif Hacılı hakimiyyətdə olduqları zaman xalqın başına nə oyun açdıqları hamının yaxşı yadındadır. Dəyirmi masada Hikmət Hacızadə də var idi. Onu haradan tapıblar, o nə vaxtdan siyasətçi olub? Rusiyada səfir də işləyə bilmədi, yola saldılar gəldi. Bu cür insanlara Azərbaycanın taleyini etibar etmək olar? Bunlara bir orta məktəbin idarəsini belə tapşırmaq olmaz. 

noyabrın 5-də Müsavat Partiyasının qərargahında müxalif liderlərin və simaların iştirak etdiyi dəyirmi masanın nəticələrinə dair bəyanat qəbul edilib. 

iştirakçılar bildiriblər ki onlar  Azərbaycan hakimiyyətindən "Konstitusiya və qanunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyi" tələb edirlər. 

 

Teqlər