Noy 26, 2019 21:29 Asia/Baku
  • Naxçıvan və İran yazıçılarının əməkdaşlıq sahələri araşdırılıb

Naxçıvan Muxtar Respublikası yazıçılar birliyinin sədri kitabların nəşri, həmçinin mədəni və bədii proqramların və şeir gecəsinin keçirilməsi üzrə birgə layihələrdə İran İslam Respublikası ilə əməkdaşlığa təkid edib və onu iki ölkə xalqları və sənətçilərinin daha artıq anlaşmaları və tanışlıqları üçün bir zəmin adlandırıb.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğunun məlumatına görə, Asim Yadigar İranın baş konsulu Seyyed Əhməd Hosseyni ilə görüşdə İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərində şer gecələrinin keçirilməsi, birgə kitab nəşri, eləcə də mədəni tədbirlərdə iştirak istiqamətində İran ilə əməkdaşlıqların genişləndirilməsinə təkid edib.

Asim Yadigar İranı mədəniyyət sahələri xüsusiyyət təşkil etməklə müxtəlif sahələrdə yüksək bacarığa malik olan zəngin bir ölkə adlandırıb. Yadigar iki ölkə xalqlarının yaxınlaşmaları və istəkləri istiqamətində həmkarlıqların artırılmasını istəyib.

İran İslam Respublikasının baş konsulu da bəhs olunan sahələrdə əməkdaşlıqların genişləndirilməsinə kömək üçün öz hazırlığını elan edib. Deyib ki, İran tərəfindən bu sahədə lazımi fəaliyyətlər gündəmə gətiriləcəkdir.

 

Teqlər