Dek 02, 2019 10:20 Asia/Baku

Əgər İranın qərbi gözəldirsə, çoxlu sayda palıd ağacına görədir. Palıd ağacları vilayətin mehriban təbiətinin minillik yadigarıdırlar. Gözəl və əl dəyilməmiş meşə bölgələrinə, həmçinin müxtəlif ekoturizm qabiliyyətlərinə malik olmaq, bu vilayətdə turizmin rövnəqinə səbəb olubdur.

Payız yağışları, Zaqros palıdlarını kənd sakinləri və köçərilər üçün cazibədar edir.

Bu günlər Zaqros sakinləri bu meşə meyvəsini palıd meşələrindən yığmağa başlayıblar.

M.K- Bu, Allah-Taalanın minnətsiz olaraq bizə əta etdiyi bir ruzidir.

M.Q- Hər gün təqribən 40-50 kilo yığırıq.

M.Q- İndi palıd meyvəsini təmizləyir, qurudur, sonra isə üyüdürük.

Zülalla bol olan bu meyvə keçmiş zamanlardan bəri dağ sakinlərinin karına gəlibdir. Onlar bu meyvədən “kələk” adlı çörək istehsal edirlər.

M.Q- Bu, palıd unudr. Üyütdükdən sonra bir saat isladılır və xəmirə çevrilir və yanmayan həddə bişirilir.

M.K- Palıd çörəyi kalsium, fosfor, həmçinin sink və maqnezium kimi elementlərə malikdir.

Bu güvvətli çörək vilayətin ənənəvi yeməklərindən biri kimi milli qeydiyyatdan keçib və kənd süfrəsindən şəhərə və sənaye dünyasına ayaq açıbdır.

Palıd meyvəsi bir çox istifadələrə malik olan bu möhkəm ağacların qüdrətli budaqları üzərində tanınmamış bir sərmayədir.

M.K- Palıdın dərman və müalicəvi xüsusiyyətləri arasında ishala və qanaxmaya qarşı olması, həmçinin qan laxtalanmasında istifadə edilməsi, yara və yanığa məlhəm olması və vərəm müalicəsini göstərmək olar.

Kohgiluyeh və Boyer Əhməd meşələrində 73 milyondan çox palıd ağacı var.

Kəndlilər və köçərilər bu meşə meyvəsini qışın əvvəlində yığırlar.

 

 

Teqlər