Dek 02, 2019 13:32 Asia/Baku
  • Pashinyan yenidən işğal altındakı Azərbaycan torpaqlarında olub

Ermənistanın baş naziri Nikol Paşinyan erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib.

 “Gazeta.ru” xəbər verir ki, Paşinyan Qarabağdakı erməni separatçılarının lideri Bako Saakyanla birgə təmas xəttinə baş çəkib. O, işğal altındakı ərazilərdə xidmət edən erməni hərbçiləri ilə görüşüb

N.Paşinyan qoşunların təmas xəttindəki hazırkı vəziyyətlə tanış olub.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyinin heç bir səmərəsi olmayıb. Buna baxmayaraq rəsmi Bakı bu qrupdan imtina etməyib.

 

Teqlər