Yan 12, 2020 13:30 Asia/Baku
  • İran və Ukrayna prezidentləri telefon danışıqları aparıblar
    İran və Ukrayna prezidentləri telefon danışıqları aparıblar

İran İslam Respublikası prezidenti Ukrayna prezidenti ilə telefon danışıqlarında deyib: İki ölkənin texniki mütəxəssislərinin əməkdaşlıqları, təyyarənin süqut etməsi üzrə araşdırmaların sonunadək davam etdiriləcək.

İİR prezidenti Həsən Ruhani dünən, son iki gün ərzində Ukrayna prezidenti Vladimir Zelenski ilə ikinci telefon əlaqəsində Ukrayna sərnişin təyyarəsinin qəzya uğraması hadisəsi üzrə araşdırmaların nəticələrinin rəsmən elan edilməsinə toxunub və deyib: Bu hadisəyə insan səhvi səbəb olub və hadisəyə səbəb olan şəxslər İranın məhkəmə rəsmilərinin ixtiyarına veriləcəklər. 

Ruhani deyib: Araşdırmaların təkmilləşdirilməsi üçün ukraynalı mütəxəssislərlə əməkdaşlıqarla eyni zamanda tezliklə İranın məhkəmə aparatının bu mövzuya baxılması üzrə prossesinə başlanılacaq. 

İran İslam Respublikası prezidenti bu hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və rəsmi Tehranın bu məsələdə özünün bütün hüquqi öhdəliklərini yerinə yetirəcəyini vurğulayaraq deyib: Bu sahədə əməkdaşlıqlar, İran və Ukrayna xarici işlər nazirləri arasındakı təmaslarda da davam etdiriləcək. 

Bu telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenski də bu hadisə münasibəti ilə İran xalqı və dövlətinə təkrar baş sağlığı verərək deyib: İranın hadisənin səbəbi barədə verdiyi bəyanat Ukrayna üçün son dərəcə önəmlidir və bu xüsusi şəraitdə İranın qanuna uyğun rəftarı və effektli əməkdaşlığı qədrdanlığa layiqdir. 

Ukrayna prezidenti İran və Ukrayna ekspertləri arasında əməkdaşlıqların davam etdiriləcəyinə və bu araşdırmaların hüquqi və qanuni protokollar əsasında yekunlaşdırılacağına , tezliklə həlak olanların cənazələrinin ailələrinə veriləcəyinə ümidvar olduğunu bildirib.

Ukraynanın hava yollarına məxsus olan bir ədəd sənişin təyyarəsi 8 yanvar səhər çağı Tehranın İmam Xomeyni(r.ə) hava limanı yaxınlığında qəzaya uğrayaraq onun bütün sərnişinləri həlak oldu. 

Teqlər