Fev 14, 2020 23:15 Asia/Baku
  • İslami ölkələr Amerikanı bölgədən çıxarmaq üçün müttəfiq olamalıdırlar
    İslami ölkələr Amerikanı bölgədən çıxarmaq üçün müttəfiq olamalıdırlar

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olamalıdırlar.

General Əmirəli Hacızadə Yəmənin Əlməsirə telekanalı ilə müsahibədə vurğulayıb: Bu gün müqavimət mehvəri təkcə İran deyil. Müqavimət mehvərinin genişliyi Qırmızı dənizdən Aralıq dənizinədək və Yəmənin Ənsarullah hərəkatından Livan Hizbullahınadək uzanır.
General Hacızadə İraqın Əynuləsəd bazasında amerikalı hərbçilərin tələfatı barədə deyib: Amerika hökumətinin Əynuləsəd tələfatını etiraf etməməsi amerikalı rəsmilərin zəlilliyinin nişanəsidir.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı amerikalıların Sepah-ın Əynuləsəd bazasına qarşı raket hücumu nəticəsində ABŞ hərbçilərinin beyin travması aldıqlarını etiraf etmələrinə işarə edərək, deyib: Vaşinqton gələcəkdə hazırda beyin travması aldıqlarını iddia etdiyi əsgərlərin öldüklərini etiraf edəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah Amerika ordusunun Bağdad hava limanında Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini və onun silahdaşlarını terror etmək üzrə cinayətinə cavab olaraq, yanvarın 8-də 13 ədəd raketlə amerikalı hərbçilərin İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd hərbi bazasını hədəfə aldı.

 

 

Teqlər