Fev 25, 2020 21:27 Asia/Baku
  • Sionist İsrail fələstinli liderləri terrorla hədələdi
    Sionist İsrail fələstinli liderləri terrorla hədələdi

Sionist rejim rəsmiləri Fələstinin Qəzzə Zolağındakı İslami Müqavimət Hərəkatı Həmas-ın və İslami Cihad Hərəkatının rəhbərlərini sui-qəsdlə hədələyib.

İRNA-nın məlumatına görə, Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu İslami Cihad Və Həmas rəhbərlərini terrorla hədələyərək, kobud ifadələrlə onlara xitabən deyib: "Əgər sakitlik yaranmasa, növbə sizə çatacaqdır".

Müxalifətdə olan Mavi-Ağ Partiyasının sədri Beni Qats isə deyib: "Qəzzə Zolağında terrorlar və quru hərbi əməliyyatları yenidən bərpa olunacaq və bu məsələ Qəzzə Zolağının işğal olunmasınadək davam etdiriləcəkdir". 

Sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Erdan da İsrailin geniş müharibəyə girməyəcəyini bildirərək, fələstinli rəsmilrə qarşı sui-qəsdlərin dərhal başlanacağını təsdiqləyib.

Müqavimət qrupları fevralın 24-də Sionist rejimin yeni təcavüzləri və Qəzzə Zolağının sərhəd hasarları yaxınlığında bir fələstinli gəncin şəhid edilməsinə reaksiya olaraq, işğal olunmuş ərazilərə 20 raket atıblar.

Teqlər