Apr 04, 2020 11:40 Asia/Baku
  • ABŞ-da COVID-19 tələfatı 7 min nəfəri keçib

Amerikada koronavirusdan ölənlərin sayı başqa bir sıçrayışla 7 min nəfəri keçib.

Amerika mediaları cümə günü gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 276 min 37 nəfərə çatıbdır ki, onlardan 7385 nəfər həyatını itiribdir.

ABŞ hazırda koronavirusa mübtəla olmuş ölkələrin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı ötən çərşənbə axşamı günü elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanalar cəmiyyəti bundan öncə bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaq və onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

ABŞ-DA COVID-19 TƏLƏFATI 7 MİN NƏFƏRİ KEÇİB

Teqlər