Apr 06, 2020 22:20 Asia/Baku
  • İranda 24 min nəfərdən çox koronaviruslu xəstə sağalıb
    İranda 24 min nəfərdən çox koronaviruslu xəstə sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, ölkədə COVID-19-dan sağalma prosesi sürətlənib və indiyədək İranda koronavirusa yoluxanlardan 24 min 236 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə 60 min 500 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, ötən sutka ərzində 136 koronaviruslu xəstənin vəfat etməsilə İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 3739 nəfərə çatıb.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilir.

İRANDA 24 MİN NƏFƏRDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIB

Teqlər