May 14, 2020 17:21 Asia/Baku
  • Son sutkada Azərbaycan Respublikasında 121 nəfər koronavirusa yoluxub

Mayın 14-də Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

SaharAzeri-nin Turana istinadla verdiyi məlumata görə, hazırda ölkədə 2879 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214 291 test aparılıb

Teqlər