May 14, 2020 21:25 Asia/Baku
  • “Azel TV”nin baş redaktoru Əfqan Sadıqov həbs edilib

Azərbaycan Respublikası Baş Prokurorluğu Azel TV-nin baş redaktoru Əfqan Sadıqovnun həbsi ilə əlaqədar məlumat yayıb.

SaharAzeri-nin APA-ya istinadla verdiyi məlumata görə,  Əfqan Sadıqovun saxlanılmasına səbəb onun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla birlikdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ifşaedici məlumatları yaymamaq qarşılığında onlardan 15 min manat məbləğində pul vəsaitini tələb etmələri olub.  

Məlumatda deyilir ki,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 13 may 2020-ci il tarixdə adı çəkilənlər, Sumqayıt RİH-nin vəzifəli şəxdlərinin qanunsuz əməllərinin ifşasına göz yummaq müqabilində onlardan 10 min manat pul alarkən onları yaxalayıblar və 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.

Məlumatda Sumqayıt Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin kimliyi və onların hansı qanunsuz əməllərinə görə bu məbləğdə pulu Azel TV əməkdaşlarına ödəmək məcburiyyətində qaldıqları açıqlanmayıb. 

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Ə.Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, S.Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Teqlər