May 27, 2020 13:53 Asia/Baku
  • İranda 11-ci parlament işə başladı

İran İslam Şurası Məclisinin 11-ci dövrdəki rəyasət heyəti ilk plenar iclasın iş gündəmini qiraət edib.

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin 11-ci dövrünün açılış mərasimi bir az öncə ölkə prezidenti, məclis üzvləri və bir qrup ölkə rəsmisinin iştirakı ilə başlanıb.

İran İslam Şurası Məclisinin 11-ci dövründə yaş üzrə rəyasət heyətinin yerləşməsindən və ilk plenar iclasın iş gündəminin elan olunması və Qurani-Kərimin qiraət olunmasından sonra İran İslam Şurası Məclisinin icra məsələləri üzrə sədr müavini açıqlama verəcək.

11-ci parlamentin işə başlaması münasibətilə İnqilab Rəhbərinin müraciətinin qiraət edilməsi, daxili işlər nazirinin İran İslam Şurası Məclisinin 11-ci dövrünə seçkilər barədəki məlumatı və prezidentin çıxışı parlamentin açılış mərasiminin bugünkü iş gündəminə daxildir. Həmçinin deputatların andiçmə mərasimi, İran İslam Şurası Məclisinin ərazisində şəhidlərə hörmətin ifadə edilməsi bu gün keçiriləcək digər tədbirlərdəndir.

 

 

Teqlər