İyun 10, 2020 09:02 Asia/Baku
  • ABŞ-da koronavirusa yoluxanların sayı iki milyon nəfəri ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı kəskin artaraq, iki milyon nəfəri keçib.

SaharAzeri ABŞ KİV-lərinə istinadla xəbər verir, bu ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı 2 milyon 45 min 549 nəfərə çatıb, onlardan 114 min 148 nəfəri həyatını itirib.

Koronavirus testlərini digər ölkələrdən gec icra edən ABŞ hökuməti hazırda koronavirus xəstələrinin sayının çox olduğu üçün test dəstləri və tibbi ləvazimatlarıın çatışmazlığı ilə üzləşib.

Eyni zamanda, ABŞ-ın COVİD-19 virusundan ölüm hallarına görə, birinci olması bu ölkənin müxtəlif şəhərlərində ölülərin dəfn edilməsində böyük problem yaradıb və ABŞ rəsmilərini kütləvi məzarlıqlar yaratmaq məcburiyyətində qoyub.

 

 

Teqlər