Okt 09, 2020 20:27 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 191nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir.

Teqlər