Okt 19, 2020 13:25 Asia/Baku
  • Dünya ictimaiyyəti üçün mühüm bir gün qeydə alındı

İran Xarici İşlər Nazirliyi ölkəmizə qarşı silah embarqosunun bitməsi ilə bağlı bəyanat yayıb.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyi bu rəsmi bəyanatda vurğulayıb: Bu gündən etibarən, İran İslam Respublikası lazım olan hər cür silah və sursatı hər bir mənbədən, qanun məhdudiyyəti olmadan və sırf olaraq, özünün müdafiə ehtiyaclarına əsasən, əldə edə, həmçinin öz siyasətləri əsasında müdafiə silahları ixrac edə bilər.

Bəyanatda deyilir: Bu gün dünya ictimaiyyəti üçün mühüm bir gündür, zira o, Birləşmiş Ştatlar rejiminin cəhdlərinin əksinə gedərək, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini və nüvə anlaşmasını qoruyub saxladı.

Bəyanatda sonra deyilir: Nüvə anlaşmasının yeniliklərindən birinə əsasən, silah məhdudiyyətləri və səfər qadağalarının qeyd-şərt olmadan və qəti şəkildə bitməsinin heç bir yeni bir qətnamənin qəbul edilməsinə ehtiyacı yoxdur, həmçinin heç bir bəyanatın verilməsi və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən heç bir digər addımın atılmasını tələb etmir.

Son bir neçə ay ərzində Amerikanın 2231 saylı qətnamədə dərc olunmuş İrana qarşı silah embarqosunun uzadılması üzrə səylərinin şiddətlənməsinə rəğmən, bu məhdudiyyətlər bu gün səhər tezdən, nüvə anlaşmasının beşinci ildönümündə avtomatik şəkildə götürülür.

Teqlər