Okt 23, 2020 21:33 Asia/Baku

Azərbaycan Respublikası prezidenti öz Tvitter səhifəsində işğaldan azad olan ərazilərin adını açıqlayıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, İlham əliyev öz tvitter hesabında belə yazıb: “Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Azərbaycan Respublikasının dövlət başçısı digər bir paylaşımda isə yazıb: “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

 

Teqlər