Dek 17, 2016 17:47 Asia/Baku
  • Ma­na­tı FES-in dol­lar qə­ra­rın­dan sı­ğor­ta­la­yan əsas fak­tor­lar...
    Ma­na­tı FES-in dol­lar qə­ra­rın­dan sı­ğor­ta­la­yan əsas fak­tor­lar...

Dün­ya ma­liy­yə ba­zar­la­rın­da dol­la­rın di­gər val­yu­ta­lar qar­şı­sın­da ba­ha­laş­ma­sı və bu­nun bey­nəl­xalq ti­ca­rə­tə han­sı for­ma­da tə­sir gös­tə­rə­cə­yi ge­niş mü­za­ki­rə pred­me­ti­nə çev­ri­lib. Pro­ses Azər­bay­can üçün də xü­su­si ma­raq do­ğu­rur.

Çün­ki dol­lar hə­lə də xa­ri­ci ti­ca­rət­də is­ti­fa­də olu­nan əsas val­yu­ta­lar sı­ra­sın­da yer alır. Di­gər tə­rəf­dən son hər­rac­lar­da da dol­la­rın qiy­mə­ti qal­xır. İn­di Fe­de­ral Eh­ti­yat­lar Sis­te­mi­nin (FES) qə­ra­rın­dan son­ra dol­la­rın öl­kə­miz­də nə qə­dər ba­ha­la­şa­ca­ğı xü­su­si ma­raq do­ğu­rur. Ekspertlər di­gər öl­kə­lər­lə mü­qa­yi­sə­də ma­na­tın FES qə­ra­rın­dan son­ra kəs­kin ucuz­laş­ma­sı­nı göz­lə­mir. Çün­ki Mər­kə­zi Ban­kın ida­rə olu­nan üzən mə­zən­nə si­ya­sə­ti bu­na im­kan ver­mir.

Bu ba­rə­də da­nış­maz­dan ön­cə xa­tır­la­daq ki, iki gün da­vam edən mü­za­ki­rə­lər­dən son­ra FES uçot də­rə­cə­si­ni 0,5-0,75% ar­tı­rıb. Be­lə­lik­lə, son 11 ilin ikin­ci fa­iz ar­tı­mı re­al­la­şıb. Əs­lin­də, ABŞ Mər­kə­zi Ban­kı 4 də­fə fa­iz ar­tı­mı plan­laş­dır­dı­ğı hal­da son qə­ra­rı ilə 2016-cı ili tək fa­iz ar­tı­mı ilə bağ­la­mış olub. La­kin bu, dün­ya mə­zən­nə si­ya­sə­ti­nə tə­si­ri­ni gös­tə­rib. Av­ro dol­la­ra nis­bə­tən 0,3% ucuz­la­şa­raq 1,0503 dol­lar sə­viy­yə­sin­də mü­əy­yən­lə­şib. Ya­po­ni­ya val­yu­ta­sı olan yen isə 10 ay­lıq mi­ni­mu­ma enib. Ha­zır­da 1 dol­lar 117,86 yen­dir. Funt-ster­linq 0,28% zə­if­lə­yə­rək 1,2530 dol­lar sə­viy­yə­sin­də qə­rar­la­şıb. Çin yu­a­nı­nın dol­la­ra nis­bə­tən mə­zən­nə­si 2008-ci ilin or­ta­la­rın­dan eti­ba­rən ən aşa­ğı həd­də enib. İn­ki­şaf et­mək­də olan öl­kə­lə­rin val­yu­ta­la­rı­na gə­lin­cə, on­lar da cid­di təz­yiq al­tın­da­dır. Am­ma FES-in qə­ra­rın­dan son­ra ma­na­ta təz­yi­qin ar­ta­ca­ğı göz­lə­nil­mir. Mər­kə­zi Ban­kın in­di­yə qə­dər hə­ya­ta ke­çir­di­yi si­ya­sət və da­ha çe­vik alət­lər­dən is­ti­fa­də et­mə­si val­yu­ta ba­za­rın­da cid­di gər­gin­li­yə yol aç­mır. FES-in uçot stav­ka­sı­nı ar­tır­ma­sı bu mə­na­da Azər­bay­can­da dol­la­ra tə­lə­bi yük­səltmə­yə­cək. Di­gər tə­rəf­dən, nef­tin qiy­mə­ti yük­sə­lə­cə­yi hal­da ma­na­tın əla­və də­yər qa­zan­ma­sı da is­tis­na olun­mur. Düz­dür, FES-in qə­ra­rın­dan son­ra neft mü­əy­yən qə­dər ucuz­laş­sa da, son­ra­dan ye­ni­dən onun qiy­mə­ti artma­ğa baş­la­yıb. Bu da ma­na­ta əla­və üs­tün­lük­lər qa­zan­dı­rır. He­sab olu­nur ki, ix­rac­da və tə­di­yə ba­lan­sın­da müs­bət sal­do ya­ra­na­caq­sa, ma­nat ba­ha­la­şa­caq. İq­ti­sad­çı-ekspert Pər­viz Hey­də­rov da FES-in qə­ra­rı­nın ma­na­ta tə­sir­lə­ri ba­rə­də ma­raq­lı mə­qam­lar açıq­la­yıb: "Bu qə­rar, ola bil­sin ki, növ­bə­ti il­də tək­rar olun­ma­ya­caq. Yə­ni FES bir müd­dət ana­lo­ji qə­ra­ra bir da­ha get­mə­yə­cək. Çün­ki bu­nun özü­nün qə­bu­lu­na bö­yük ha­zır­lıq get­di.

Be­lə ki, neft OPEK tə­rə­fin­dən, nə­ha­yət ki, mə­lum yek­dil qə­ra­rın qə­bul edil­mə­si ilə nis­bə­tən ba­ha­laş­dı­rıl­dı, Ame­ri­ka iq­ti­sa­diy­ya­tın­da məş­ğul­luq və inflya­si­ya ki­mi gös­tə­ri­ci­lər məq­bul sə­viy­yə­yə gə­ti­ril­di, adı­çə­ki­lən öl­kə­də pre­zi­dent seç­ki­lə­ri­nin nə­ti­cə­si göz­lə­nil­di və sa­ir. Yə­ni ki, bun­lar mə­lum mə­sə­lə­lər idi. Və göz­lə­nil­mə­si va­cib mə­sə­lə­lər idi. La­kin mə­lum­dur ki, ke­çən ilin de­kabr ayın­da FES tə­rə­fin­dən 9 il­lik fa­si­lə­dən son­ra ba­za fa­iz də­rə­cə­si­nin 0,25% qal­dı­rıl­ma­sı bü­tün dün­ya ba­zar­la­rın­da və elə­cə də öl­kə­lə­rin mil­li val­yu­ta­la­rı üçün şok ef­fek­ti ya­rat­dı. De­mək olar ki, hər yer­də ta­raz­lıq po­zul­du. Nef­tin dün­ya ba­zar­la­rın­da qiy­mət­lə­ri da­ha sü­rət­lə en­mə­yə baş­la­dı. Ümu­mən, dün­ya iq­ti­sa­diy­ya­tın­da on­suz da cid­di çə­tin­lik­lər içə­ri­sin­də olan is­teh­sal da­la­na di­rən­di.

Azər­bay­can­da da ma­nat 2-ci də­fə məhz bun­dan son­ra - de­kab­rın 21-də de­val­va­si­ya­ya uğ­ra­dı. Üs­tə­lik, Mər­kə­zi Bank bu­nun­la üzən mə­zən­nə re­ji­mi­nə keç­di­yi haq­da qə­rar da qə­bul et­di­yi­ni bə­yan et­di. Bəs, bu də­fə ne­cə?! Ma­nat növ­bə­ti də­fə kəs­kin de­val­va­si­ya­ya uğ­ra­ya­caq­mı?! Qeyd edək ki, ma­na­tın mə­zən­nə­si­ni FES-in qə­rar­la­rı­na bağ­la­maq düz­gün de­yil. Düz­dür, ke­çən il ma­na­tın 2-ci də­fə de­val­va­si­ya­sı məhz FES-in ba­za fa­iz də­rə­cə­si­ni 0,25% ar­tır­ma­sı haq­da qə­ra­rın­dan dər­hal son­ra­ya tə­sa­düf et­di. Am­ma bu o de­mək de­yil­di ki, 2-ci de­val­va­si­ya məhz bu sə­bəb­dən baş ver­di. Bu­na qə­dər də mə­lum idi ki, ma­nat növ­bə­ti də­fə də ucuz­laş­dı­rı­la­caq və üzən mə­zən­nə re­ji­mi­nə ke­çi­lə­cək. Odur ki, ma­na­tın mə­zən­nə­si ilə bağ­lı ya­xın perspek­tiv­də və­ziy­yə­ti FES-in qə­bul et­di­yi qə­rar de­yil, məhz nef­tin dün­ya ba­zar qiy­mət­lə­ri mü­əy­yən edə­cək. Nef­tin qiy­mə­ti­nin 45-50-55 dol­lar sə­viy­yə­sin­də ol­ma­sı bi­zə bu gün üçün məq­bul sə­viy­yə­dir. Baş­qa söz­lə de­səm, hər şe­yin yax­şı ol­ma­sı - öl­kə­miz­də iq­ti­sa­di at­mos­fe­rin nor­mal məc­ra­ya düş­mə­si üçün nef­tin 45-50-55 dol­lar sə­viy­yə­si, be­lə de­mək müm­kün­sə, vaxt qa­za­na­ca­ğı­mız de­mək ola­caq. Ya­xın perspek­tiv­də nef­tin bun­dan da aşa­ğı ucuz­la­şa­ca­ğı göz­lə­nil­mir. Or­ta perspek­tiv­də isə və­ziy­yət sta­bil­lə­şə­cək.

Nef­tin qiy­mə­ti ar­tıb-aza­lan ki­mi Ru­si­ya­da rub­la, Qa­za­xıs­tan­da ten­ge­yə tə­sir edir. Biz­də isə Mər­kə­zi Bank tə­rə­fin­dən tən­zim­lə­nən si­ya­sət hə­ya­ta ke­çi­ril­di­yin­dən hər han­sı də­yi­şik­lik baş ver­mir. Mə­nim fik­rim­cə, 2017-ci il­də ma­na­tın ucuz­laş­ma­sı pro­se­si da­vam edə­cək. Ola bi­lər ki, ilin son­la­rı­na doğ­ru ma­nat öz hə­qi­qi də­yə­ri­ni ala­caq". OPEK və qey­ri-OPEK ölklə­ri­nin ha­si­la­tı azaltma­sı fo­nun­da isə gə­lən ay­dan nef­tin qiy­mə­tin­də ye­ni ar­tım göz­lə­nir. Bu hal, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, ma­na­tı da məq­bul həd­də sax­la­ma­ğa və onun mə­zə­nən­si­nin möh­kəm­lən­mə­si­nə im­kan ve­rə­cək.