İyul 25, 2015 17:54 Asia/Baku
  • Azəri televiziyası yayım keyfiyyətini yüksəltdi
    Azəri televiziyası yayım keyfiyyətini yüksəltdi

Təxminən iki ay öncə 24 saatlıq yayıma keçən Səhər Beynəlxalq Telekanalının Azəri Televiziyası bu gün 25 iyulda öz yayım formatının keyfiyyətini yüksəldib.

Səhər Beynəlxalq Telekanalının Azəri Radio və Televiziyasının müdirinin dediyinə görə, tamaşaçıların zövqünə və yeni yayım texnologiyalarla uyğun olaraq Azəri Televiziyası yeni loqo və qrafika ilə tamaşaçıların qonağıdır.
Abdulla Bəhrülulumi televiziyanın yayım imkanlarının yüksəldildiyini bildirərək deyib: Bu gündən Azəri Televiziyasının tamaşaçıları proqramları 16:9 adlandırılan yüksək yayım keyfiyyəti ilə izləyə bilərlər.
Azəri Radio və Televiziyası müdirinin sözlərinə görə, adətən televiziyaların proqramları 4:3 formatı ilə yayımlanır. Lakin bir müddətdir ki, İranın Radio və Televiziya Təşkilatı öz kanallarının yayım təchizatını yüksəltməyi nəzərdə tutmuşdur. Belə ki, proqramlarını daha yüksək keyfiyyətlə tamaşaçılara təqdim edə bilsin. 16:9 formatlı proqramları "LCD" və "LED" televizorları ilə izləmək mümkündür.

Teqlər