Fev 16, 2017 11:32 Asia/Baku
  • İran və Küveytin region ölkələri arasında həmrəylik və əməkdaşlığa təkidi
    İran və Küveytin region ölkələri arasında həmrəylik və əməkdaşlığa təkidi

İran İslam Respublikası prezidenti və Küveyt əmiri müsəlman və qonşu ölkələr arasında birlik və həmrəyliyin önəminə təkid edərək, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi habelə, davamlı inkişafa nail olmaq üçün region ölkələri arasında həmrəylik, əməkdaşlıq və ahəngdarlığa təkid ediblər.

İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə prezident Həsən Ruhani çərşənbə axşamı Küveyt əmiri şeyx Səbah Əhməd Cabir Əs-Səbah ilə görüşdə İran və Küveyt arasındakı tarixi, mədəni və dini bağlara işarə edərək, iki ölkə xalqlarının dostluq və qardaşlıq münasibətlərinə malik olduğunu vurğulayıb və deyib: İran və Küveyt əlaqələrini möhkəmləndirmək üçün bütün sahələr üzrə dərin potensiallar mövcuddur və bu potensialları iki ölkə xalqı və regionun maraqlarına uyğun olaraq aktivləşdirmək lazımdır.

Həsən Ruhani daha sonra regionda cərəyan edən hadisələrə xüsusi ilə də terrorizm təhlükəsinə işarə edərək, deyib: Regiondakı terrorizm kimi ciddi və təhlükəli fenomenlər hamını təhdid edən bir təhlükədir və onunla yeganə mübarizə  yolu bütün region ölkələrinin bir-birinin kənarında dayanmasıdır.

Küveyt əmiri şeyx Səbah Əhməd Cabir Əs-Səbah da bu görüşdə İran prezidentinin Küveytə səfər etməsindən razılıq edərək, onun birlik və həmrəylik istiqamətində olan baxışlarını alqışlayıb və deyib: Regionun hazırkı şəraiti hamımızı yaxşı əlaqələrə malik olmağa məcbur edir. Buna görə də, Tehran ilə əlaqələrimizin səviyyəsini artırmaqda qətiyyətliyik.

Küveyt əmiri həmçinin, iki ölkənin səmimi əlaqələrə malik olduğuna toxunaraq deyib: Küveyt İran ilə əlaqələrini möhkəmləndirməyə hazırdır.

Şeyx Səbah Əhməd Cabir Əs-Səbah daha sonra region ölkələri və müsəlman ölkələri arasında birlik və həmrəyliyi zəruri adlandırıb və deyib: Biz hamımız müsəlmanıq. Buna görə də birlik içərisində olmalı və qardaşcasına bir-birimizin kənarında yer almalıyıq. Yalnız bu zaman sülh, sabitlik və inkişaf yolunda addımlaya bilərik.

İran İslam Respublikası prezidenti çərşənbə günü Oman və Küveytə bir günlük səfər həyata keçirib.

Teqlər