Mart 12, 2017 18:27 Asia/Baku
  • İran silahlı qüvvələrinin önləyici qüdrətinin artırılmasının önəminə təkid
    İran silahlı qüvvələrinin önləyici qüdrətinin artırılmasının önəminə təkid

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı düşmənin ehtimal olunan hücumu qarşısında müdafiə qüdrətinin artırılmasına təkid edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, kontr-admiral Həbibullah Səyyari bazar günü deyib: İran silahlı qüvvələrinin hərbi müdafiə qüdrətinin və döyül qabiliyyətinin artırılması İrana hərbi təcavüz barədə düşünmək fürsətini düşməndən almış olacaq.

Kontr-admiral Həbibullah Səyyari əlavə edib: Düşmən əgər İrana təcavüz etmək qərarına gəlmiş olarsa, İran silahlı qüvvələrinin güclü cavabı ilə üzləşmiş olacaq.

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı silahlı qüvvələrin mənəvi baxımdan inkişaf etdirilməsini hərbi-müdafiə qüdrətinin artırılmasında önəmli adlandırıb və deyib: Silahlı qüvvələrin düşmənlərin təcavüzlərini önləməsi və ölkəni müdafiə etməsi mənəvi inam və etiqada əsalanmış olarsa, daha təsirli olacaqdır.

Teqlər